media-rafiq
Bakının Xətai rayonu, Köhnə Günəşli massivi ərazisində tikilməkdə olan binanın üst mərtəbələrinin qanunsuz artırıldığı iddia olunur.
XALQ xəbər verir ki, bununla bağlı sosial şəbəkədə müzakirə aparılıb.
media-22 media-23

 

 

Qeyd olunub ki, tikinti həyata keçirilən layihədə dörd mərtəbə olaraq nəzərdə tutulsa da, sonradan beşinci və altıncı mərtəbələr də tikilib və hazırda yeddinci mərtəbənin tikintisi aparılır.
media-24

 

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, müvafiq icazəverici sənədlər təqdim olunmadığından tikinti işləri dayandırılıb.
Xətai Rayon İcra Hakimiyyətindən isə əvvəlcə sorğumuza cavab veriləcəyi bildirilsə də, sonradan zənglərimiz cavabsız qalıb.Oxu.Az

media-728x90banner

Bənzər xəbərlər