Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib. 

Bakı Şəhər İcra Hakimiyyətinin   XALQ.AZ-a verilən məlumata görə müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı təmir-abadlıq işləri, sanitar təmizlik məsələləri müzakirə edilib, işlərin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Rayonlarda görülən təmir işlərininin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar Xətai rayon İcra başçısı Rafiq Quliyevə ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Həmçinin şəhərdə aparılan yaşıllaşdırma işlərinin vəziyyəti müzakirə edilib, yaşıllıq zonalarının artırılması, görülən işlərin daha da genişləndirilməsi, əkilən həmişəyaşıl kollar və çiçəklərin sayının artırılması tapşırılıb.

Bildirik ki, Xətai rayonunda qanunsuz tikililərlə bağlı ölkə mətbuatında bir sıra xəbərlər dərc olunmaqdadır. İcra başçısı Rafiq Quliyev “fərəsatli” davranışı ilə Xətai rayonu ərazisində boş torpaq saxlamayıb. Hətta səkiləri və yaşıllıq zonalarını belə sahibkarlarla sövdələşərək satıb və  qanunsuz tilintilər aparılır.


media-728x90banner

Bənzər xəbərlər