Razi Nurullayev İmişlidən namizədliyini irəli sürdü
”Milli Cəbhə Partiyası” parlament seçkilərində aktiv şəkildə iştirak edəcəyik. Artıq partiyamız namizədlərini müəyyənləşdirib”.
“Milli Cəbhə Partiyası”nın sədri, Milli Məclisin deputatı Razi Nurullayev bildirib. R. Nurullayev qeyd edib ki, özü də növbəti dəfə Parlament seçkilərində iştirak edəcək:
“Onlarla namizədimizi seçki komissiyalarında qeydiyyata aldırmışıq. Mən də deputatı olduğum 79 saylı İmişli rayonu seçki dairəsindən yenidən namizədliyimi irəli sürmüşəm”.










