Razi Nurullayev təkliflə çıxış etdi: “İnnovativ üsüllar üzərində işləməliyik”
“İnsan alveri qurbanların müdafiəsi və reabilitasiyası üçün regionalarda sığınacaqların yaradılması ən vacib məsələlərdən biridir”.
XALQ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, bu məsələnin elə bu ildən başlayaraq həll olunması, büdcə vəsaitinin ayrılması yaxşı olardı.
Deputat onu da vurğulayıb ki, vətəndaş cəmiyyəti təşkilatlarının idarə etdiyi sığınacaqların demək olar ki, əksəriyyətinin maddi-texniki bazası zəifdir. Təklif edib ki, dövlət və ya digər resurslar vasitəsilə onlara geniş həyəti olan yerlər ayrılsın.
“4-5 sot ərazidə 50 nəfərin, 100 nəfərin yaşaması acınacaqlıdır. Bu sahədə də diqqətçəkəsi çox məqamlar var”.
Həmçinin millət vəkili bildirib ki, İnsan alveri qurbanları hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər – ya qorxudan, ya da etimadsızlıqdan”. Onun sözlərinə görə, bu da cinayətkarların məsuliyyətdən yayılmasına şərait yaradır:
“Bu sahədə məlumatın hüquq-mühafiizə orqanlarına çatdırılması üçün hansı innovativ üsüllar üzərində işləyə və tətbiq edə bilərik. Bunun üzərində işləməyə dəyər”. deyə millət vəkili qeyd edib.