2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudov seçicilərlə növbəti görüş keçirib. Rəşad Mahmudov XALQ.AZ-a bildirb ki, Astaranın Dırüyə kəndində oldum. Kənd camaatı ilə birlikdə yeni çəkilmiş yoldan istifadə edərək şəhidimiz  Kənan Dadaşovun məzarını ziyarət etdim. Kənd camaatı ilə görüşdən sonra Tofiq kişinin evində çay süfrəsində də biraz dərtləşdik. Havası da, suyu da özləri kimi saf olan kənd camaatının həyatını yaxından hiss etmək, onları narahat edən problemləri yerində müzakirə etmək, son illərdə dövlətimizin gördüyü abadlıq-quruculuq işlərinə görə xoş sözlər eşitmək xoş oldu.  Hər şey çox gözəl idi deyə R. Mahmudov qeyd etdi.

media-728x90banner

Bənzər xəbərlər