media-rr
 Milli Məclisin deputatı Rəşad Mahmudov sevincini bölüşdü:
Mənim üçün sadəcə bir tarix deyil. Həm Azərbaycanımızın müstəqil dövlətçilik iradəsinin, Cümhuriyyət ruhunun doğulduğu gündür, həm də həyatımın ən böyük mənalarından biri olan ilk övladım, oğlum Tahanın dünyaya gəldiyi gündür. Qısacası bu gün mənim üçün iki böyük sevincin, iki böyük qürurun birləşdiyi gündür. Bir tərəfdə varlığı ilə daim bağlı olduğum və qürur duyduğum dövlətçilik ruhu, digər tərəfdə isə artıq universitet təhsilini başa vurmuş, 21 yaşına qədəm qoyan oğlum… Onunla fəxr edir, ürəkdən arzu edirəm ki, yalnız valideynlərinin deyil, bütün ölkəsinin qürur duyduğu bir insan olsun.
  Allah hər birimizə adı qürurla çəkilən, Vətəninə və xalqına fayda verən övladlar yetişdirməyi nəsib etsin.
 Müstəqillik Günün mübarək, Ana Vətən! Doğum günün mübarək, Əziz Oğlum!

media-728x90banner

Bənzər xəbərlər