Milli Məclisin deputatı Rəşad Mahmudov  bu gün qəbul olunan növbəti ilin dövlət büdcəsinin əsas prioritetlərini şərh etdi.
XALQ.AZ məlumatına görə millət vəkili bildirib ki, bu gün “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun lahiyəsi üçüncü oxunuşda qəbul edildi.
Dövlət büdcəsinin hazırlanmasında bir neçə əsas məqam var ki, onlarla əlaqəli həm komitə, həm də plenar iclaslarda geniş və konstruktiv müzakirələr aparıldı. Əsasən də aşağıdakı 7 suala;
1. Prioritet sahələr və xərclər
Büdcə hansı sahələrə daha çox vəsait ayırır? (Təhsil, səhiyyə, müdafiə, infrastruktur və s.)
Xərclərin prioritet sahələr üzrə paylanması cəmiyyətin ehtiyaclarını əks etdirirmi?
2. Gəlir mənbələri
Dövlətin gəlirləri əsasən hansı mənbələrdən formalaşır? (Vergilər, neft gəlirləri, xarici yardımlar və s.)
Gəlirlərin sabit və davamlı olması üçün hansı tədbirlər nəzərdə tutulur?
3. Büdcə kəsiri və borc yükü
Büdcə kəsiri varmı? Əgər varsa, bu kəsiri necə qarşılamaq planlaşdırılır? (Daxili və ya xarici borclanma)
Dövlət borcunun ümumi iqtisadiyyata təsiri nə dərəcədədir?
4. Sosial xərclər
Əməkhaqqı, pensiya və sosial müavinətlər artırılırmı?
Əhalinin aztəminatlı təbəqələrinə dəstək üçün hansı tədbirlər görülür?
5. İnvestisiya və inkişaf layihələri
Büdcədə yeni iqtisadi layihələrə nə qədər vəsait ayrılıb?
Bu layihələr uzunmüddətli iqtisadi inkişafı təmin edirmi?
6. Şəffaflıq və hesabatlılıq
Büdcə vəsaitlərinin istifadəsi nə dərəcədə şəffafdır?
Dövlət qurumlarının büdcədən necə istifadə edəcəyi barədə konkret hesabatlar təqdim olunurmu?
7. Makroiqtisadi təsirlər
Büdcənin təsdiqi inflyasiya, işsizlik və ümumi iqtisadi sabitliyə necə təsir göstərəcək?
Vergi siyasətində dəyişikliklər planlaşdırılırmı?…
Bütün bu suallara son bir ayda Milli Məclisin komitə və plenar iclaslarında, ən geniş auditoriyayalarda fəal bir şəkildə müzakirə edilərək cavablar tapılmışdı. Dövlət büdcəsinin həm iqtisadi, həm də sosial baxımdan cəmiyyətin maraqlarını əks etdirdiyini, günümüz dünyamız, reqion və ölkəmiz reallıqlarına uyğun bir şəkildə hazırlandığına səs çoxluğu ilə dəstək verilmişdir.
 Millət vəkili qeyd edib ki Baş Nazir  Əli Əsədov başda olmaqla hökümətə uğurlar arzulayır, büdcəmizin ölkəmiz və xalqımız adına düşərli olmasını ürəkdən arzulayıram.
Əminəm ki, xalqımızın hər bir üzvü dünən olduğu kimi bugün də ideya atamız olan Heydər Əliyev və onun Azərbaycan xalqına miras buraxdığı yola sadiqlik və sədaqətini ən yüksək səviyyədə göstərəcək, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcək, bizi işığlı gələcəyə əzimlə aparan Müzəffər Prezident  İlham Əliyevin və onun siyasətinə sonsuz dəstəyini əməli işlərlə davam etdirəcəkdir.

media-728x90banner

Bənzər xəbərlər