Rəşad Mahmudov vacib təkliflə çıxış etdi
“Hesab edirəm ki, reseptlərin həm elektron, həm də kağız daşıyıcı formasında verilməsi daha uyğundur”. XALQ.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Rəşad Mahmudov bildirib.
O, bildirib ki, ölkədə xəstəxanalar, ucqar bölgədə yerləşən apteklərlə daha operativ əlaqə yaradılması üçün bu addım məqsədəuyğundur: “Buna görə də qanuna bu mövzuda dəyişiklik olunmalıdır”.
Həmçinin millət vəkili qeyd edib ki, “Dərman vasitələri haqqında” qanuna elektron resept tələbinin qəti şəkildə qoyulması bir sıra problemlərin aradan qaldırılması və bazarın tənzimlənməsində ciddi töhfə verəcək. Amma bəzi məqamlar gələcəkdə bizim üçün hesablamadığımız müəyyən problemlərə yol aça bilər










