Xeyirxahlıq, insana sevgi kimi müqəddəs dəyərləri özündə birləşdirən, insanlığın qorunmasına, yaşadılmasına xidmət edən mübarək Qurban bayramını min illərdir xalqımız coşqu, sevinc və şükranlıqla keçirir.
Çünki Qurban adicə bir bayram deyil. Bu bayramda insan övladı Allaha yaxınlaşmaqla sevgisini, Ona bağlılığını fəaliyyəti ilə nümayiş etdirir və humanitar aksiyallarla xeyirxah və gözəl əməllərin sahibi olur. Ölkəmiz uzun illər işğal həyatı yaşasa da, Allahsız imperiyanın bütün repressiyalarına, basqılarına baxmayaraq İslam dininin digər ritualları kimi Qurban bayramını gizli şəkildə də olsa qeyd etmiş, bu müqəddəs Tanrı hökmünü sevgi ilə icra etmişdir.
Bu gün xalqımız bütün digər bayramlar kimi Qurbanı da bütövləşən Vətənimizin hər yerində qürur və iftixarla qeyd edir. Ən çətin anlarda hər cür qadağalar fonunda Allaha və onun yoluna sadiq qalan xalqımızın bugünkü xoştəbəxtliyi və sevinci də elə Allahın lütfüdür.
İllərlə düşmənin və onun havadarlarının haqsızlığına, zülmünə, dinimizə qarşı təhqirlərinə dözən, amma mütləq bir gün ədalətin qalib gələcəyinə inanan xalqımıza haqq savaşında dayaq olan da elə Allahımıza olan inam idi. Bu mənada işğaldan azad olunan ərazilərimizdə kəsilən qurbanlar dini ənənənin yaşadılması ilə yanaşı, həm də
Ali Baş Komandanın rəhbərliyi və şərəfli ordumuzun qəhrəmanlığı ilə bərpa olunan İlahi ədalətin təntənəsidir.
Müqəddəs kitabımızda deyildiyi kimi Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq!
Necə ki, Hz. İbrahim bunu bacardı və Allahın sınağından üzüag çıxaraq Ona yaxınlaşdı.
Hörmətli dostlar, qardaşlar, əziz şəhid, qazi ailələri, mənəvi birlik və həmrəylik simvolu kimi bizi paklığa, müqəddəs
dəyərlərin yaşadılmasına səsləyən Qurban bayramınız mübarək!
Tanrı xalqımızı və dövlətimizi qorusun!
Rəşad Mahmudov
Milli Məclisin deputatı 

media-728x90banner

Bənzər xəbərlər