Rəsmilər COP29 iştirak üçün Bakıya gəlir-Fotolar
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş COP29-da iştirak etmək məqsədilə bu gün Azərbaycana səfərə gəlib.
XALQ.AZ xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.
***
Nepal Prezidenti Ramçandra Paudel də ölkəmizdə səfərdədir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
***
Seyşel Adaları Respublikasının vitse-prezidenti Əhməd Afif Didi Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.












