Rövşən Muradov seçicilərlə görüşdü
Millət vəkil Rövşən Muradov seçicilərlə görüşdü.
Milli Məclisin deputatı Rövşən Muradov Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksində laçınlı seçiciləri ilə növbəti görüşünü keçirib.
XALQ.AZ m’lumat verir ki, görüş zamanı əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dahi şəxsiyyətin ruhuna dualar oxunub.
Sonra isə Şərqi Zəngəzur iqtisadi rayonunun Laçın şəhəri 29 nömrəli tam orta məktəbində vətəndaşlarla görüş keçirilib.
Görüşdə sakinlərin sosial-iqtisadi, məişət və məşğulluq problemləri deputat tərəfindən diqqətlə dinlənilib və qaldırılan məsələlərin həlli istiqamətində sakinlərə müvafiq köməklik göstərilməsi məqsədilə aidiyyəti üzrə dövlət və hökümət orqanlarına müraciətlərin ediləcəyi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.




















