media-nu

Rusiya Silahlı Qüvvələri mayın 19-dan 21-nə dək təcavüz təhlükəsi şəraitində nüvə qüvvələrinin hazırlanması və tətbiqi üzrə təlimlər keçirir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər çərçivəsində Rusiya ərazisindəki poliqonlara ballistik və qanadlı raketlərin buraxılışları planlaşdırılır.

Bundan əlavə, Belarus ərazisində yerləşdirilən nüvə silahlarının birgə hazırlanması və tətbiqi məsələlərinin də sınaqdan keçiriləcəyi bildirilir.

Təlimlərə 65 minə yaxın hərbi qulluqçu, 200-dən çox raket buraxılış qurğusu, 140-dan çox uçuş aparatı, 73 suüstü gəmi və 8-i strateji təyinatlı raket sualtı qayığı olmaqla 13 sualtı qayıq cəlb olunacaq.


media-728x90banner

Bənzər xəbərlər