Rusiyada etira aksiyaları başa çatdı – Saxlanılanlar var
Rusiyanın Moskva, Novosibirsk, Yekaterinburq və Xabarovsk və digər şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.
XALQ.AZ Rusiya KİV-inə istinadən xəbər verir ki, Moskvadakı icazəsiz etiraz aksiyası başa çatıb. Paytaxt polisinin məlumatına görə, aksiyada 2 minə yaxın insan iştirak edib. Moskva İctimai Müşahidə Komissiyası 150-yə yaxın şəxsin saxlanıldığını bildirib.
Yekaterinburqda mitinqə 2 minədək insan toplaşıb. Polis səsgücləndiricilər vasitəsilə ictimai asayişi qorumağa çağırır.
Sosial şəbəklərdə yazılan məlumatlara görə isə 10 minlərlə insan aksiyalara qatılıb və saxlanılanlar var.