Rusiyada məktəbdə atışma – ölənlər və yaralananlar var
Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı orta məktəbdə atışma olub.
Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
İlkin məlumata görə, silahlı insident zamanı 7 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Ölənlərdən 3 nəfəri məktəbli, biri isə cinayətkarın özüdür.
Atışma dərs zamanı başlayıb. Qara geyimli naməlum şəxs sinif otağına girərək uşaqlara atəş açıb. Silahlı şəxs daha sonra özünü güllələyərək öldürüb.
Xalq.Az