Saatlıda Şəhidlər Abidə-Xatirə Kompleksi ziyarət olundu
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Saatlı rayonunda Şəhidlər Abidə-Xatirə Kompleksi ziyarət olundu
31 Mart – Azərbaycanlıların Soyqırımı ilə əlaqədar həsr olunmuş ziyarətdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.















