media-15
Saatlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, ziyalılar, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilərək abidəsi önünə gül dəstələri düzülmüşdür.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətin, incəsənətin, təhsilin inkişafı, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması və cəmiyyət həyatının bütün sahələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs etmiş, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Daha sonra çıxış edən Saatlı Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, Saatlı Rayon Ziyalılar Cəmiyyətinin üzvü Lütvəli Şıxəliyev, Saatlı rayon Orta Muğan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Leyla Rəcəbova və “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Sahil Hüseynzadə Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatı, iqtisadiyyat, elm və digər sahələrin inkişafı istiqamətində həyata keçirdiyi mühüm xidmətlərdən və zəngin dövlətçilik irsindən bəhs etmişlər.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur
media-5 media-6 media-7 media-8 media-9 media-10

Həmçinin  Saatlı Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil və mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Heydər Əliyev meydanında təşkil olunan tədbirdə ilk öncə idarə, müəssisə əməkdaşlarının və məktəblilərin hazırladığı əl işlərinin, eyni zamada Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm dövrlərini əks etdirən fotoşəkillərin, Xəmsə kitab evi və Hophopnamə kitab mərkəzinin kitablarının nümayişi həyata keçirilib.
Daha sonra konsert proqramı ilə davam edən tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əməkdaşları, regionun və respublikanın tanınmış ifaçılarının ifasında musiqi nömrələri və “Adıgün” Türk Xalq Folklor rəqs qrupu tərəfindən bir-birindən maraqlı rəqs nömrələri nümayiş olunmuşdur.
media-11 media-12 media-13 media-14 media-15 media-17 media-18

media-728x90banner

Bənzər xəbərlər