media-00
30 aprel 2026-cı il tarixdə Saatlı rayon Şahmat məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Saatlı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının və Saatlı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları arasında keçirilən şahmat yarışının qaliblərinin təltifolunma mərasimi baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov tədbirdə çıxış edərək qalibləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Daha sonra isə qaliblər Diplom və hədiyyələrlə təltif olunublar.

media-00 media-002 media-003 media-004 media-005 media-006 media-007 media-008


media-728x90banner

Bənzər xəbərlər