Saatlıda yüksək seçici fəallığı müşahidə olunur
Azərbaycan Respublikası bələdiyyə seçkiləri günündə Saatlı rayonunun bütün səsvermə məntəqələrində seçicilərin böyük fəallığı müşahidə olunur.
66 saylı Saatlı seçki dairəsi üzrə üzrə hazırda 47 daimi məntəqə fəaliyyət göstərir. Məlumata görə seçki dairəsi üzrə 48 mindən çox seçici qeydə alınıb. Məntəqələrə ilk dəfə olaraq səsvermədə iştirak edənlərdə gəlib Həmçinin Saatlı rayonunda yaşı 100-dən çox olan 11 nəfər səs verəcək.Bunların ən uzunömürlüsü 106 yaşlı qadındır. Səsvermədə 80-100 yaş arasında olan 399 nəfər də iştirak edəcək.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən məntəqələrin bütün zəruri vəsaitlərlə təchiz olunduğunu qeyd olunub . Bildirib ki, ümumilikdə bələdiyyə üzvlüyünə 207 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin təbliğat və təşviqatı üçün seçki dairəsinin ərazisində lazımi şərait mövcud olub . Belə ki, bütün seçki məntəqələrinə yaxın ərazilərdə təşviqat lövhələri quraşdırılmışdır. Seçicilərin rahat və maneəsiz şəkildə səsverməsi üçün seçki məntəqələrində hər cür şərait var. Müxtəlif siyası partıyaların və bitərəflərin nümayəndələrinə, eləcə də müşahidəçilərə seçki prosesini izləmək üçün hər cür şərait yaradılıb. Seçkilər tam şəffaf şəkildə keçirilir və səsvermə hüququna malik olan şəxslər öz seçki hüquqlarından sərbəst şəkildə istifadə edirlər. Məntəqədə səsvermənin gedişi müşahidəçilər və media nümayəndələri tərəfindən izlənilir.










