“Anar Nağılbazın ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub”.

XALQ.AZ xəbər verir ki, bunu mərhum reperin atası, sabiq deputat Rizvan Cəbiyev bildirib.

Rizvan Cəbiyev oğlunun ölümü ilə bağlı Real TV-yə açıqlamasında bildirib ki, Anar Nağılbaz evdə, valideynlərinin yanında dünyasını dəyişib.

Rizvan Cəbiyev deyib ki, Anar Nağılbaz bir müddət əvvəl müalicə alıb: “Qara ciyəri iflas etmişdi”.

Reperin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva da Nağılbazın ölümü ilə bağlı danışıb: “Bəli, Anarın vəfat etdiyi doğrudur. Qara ciyəri fəaliyyətini dayandırıb. Onda bu problem çoxdan var idi. Mənə qızlar zəng edib dedi. Mən də keçmiş qayınatamla danışdım. O da təsdiqlədi. Uşaqlara hələ deməmişəm. Necə deyəcəyimi bilmirəm. Hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm”.

Orxan

media-728x90banner

Bənzər xəbərlər