Sabiq deputat təltif olundu
Milli Məclisin sabiq deputatı Rauf Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Rauf Asif oğlu Əliyev bu mükafata ölkənin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, mayın 27-də R.Əliyevin 70 yaşı tamam olur.










