media-eti

Sabiq deputat, təhsil eksperti Etibar Əliyev XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 25 illik yubileyi münasibətilə keçirilən tədbirlə bağlı sərt fikirlər səsləndirib.

Sosial şəbəkə hesabında paylaşdığı statusda Etibar Əliyev sözügedən mərkəzi pul yığmaq mərkəzi adlandırıb və buldirib ki, ora Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşova məxsusdur:
“Bizdə belədir: Yüksək vəzifə tutan məmurların bir qismi çox hiyləgər və zirək olurlar.
Orta özəl təhsilin necə böyük gəlirlər gətirdiyini anlayıb, dövlətdən qamarladıqları pulların hesabına liseylər və mərkəzlər yaradırlar. Məsələn, təhsilin əlifbasını belə bilməyən yoldaş Qaraşov kimi…
İllik təhsil haqqı 10-15 min manat olan özəl məktəblər Azərbaycan cəmiyyəti üçün heç bir fayda gətirmir. Bunun üçün sadə bir təhlil aparmaq yetərlidir…
34 illik təhsil sahəsində fəaliyyətimə rəğmən bir sinif otağı belə aça bilmərəm.
İndi siz Qaraşovun nüfuzuna diqqət edin: Tədbirdə YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və başqa tanınmış isimlər iştirak ediblər”.


media-728x90banner

Bənzər xəbərlər