Sabirabadı qarış-qarış gəzən deputatlığa namizəd-Fotolar
1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Dilşad Əhədova (Musa) seçicilərlə görüşlər keçirib. Xeber7.az məlumat verir ki, Sabirabadı qarış-qarış, kənd-kənd, ev-ev gəzir, şəhid- qazi ailələrini ziyarət edir və görüşlərini davam etdirir. Hər bir seçinin qayğısı ilə maraqlanır. “Hər kəndin özünəməxsus problemləri olsa da, ümumi problemlər, demək olar ki eynidir . Dedikləri bütün problemləri dinləyir, qeyd edirik . Görüləcək işlər, problemlərə necə dəstək ola bilərəm onları müzakirə edirik . Artıq görüşlərə xanımlarımız da gəlir , bu isə məni lap xüsusi sevindirir . Hər kənddə, hər məntəqədə sevgi ilə qarşıladıqları üçün hər birinə çox təşəkkür edirəm. Doğma sabirabadlıların bir qızı olaraq göstərdikləri sevgi və dəstək məni həm həvəsləndirir, həm çox qürurlandırır . Seçkidə də birlikdə “İndi Söz Sabirabadda” deyəcəyik”,- deyə Dilşad Əhədova (Musa) bildirib. Görüşlər davam etdirilir.































