featured-image-7393

 

05

İqtisadiyyat və sənaye naziri  Şahin Mustafayev Cəlilabadda vətəndaşları qəbul edəcəkdir

 

Oktyabrın 25-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Cəlilabad şəhərində Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Xalq.az xəbər verir ki ,  vətəndaşların qəbulu saat 10:00-dan etibarən Cəlilabad Rayon Olimpiya İdman Kompleksində (ünvan: Cəlilabad şəhəri, Qurtuluş küçəsi, 296) təşkil olunacaqdır.
Qəbula gəlmək istəyən vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), qurumun 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Lənkəran regional bölməsi (ünvan: Cəlilabad şəhəri, H.Əliyev prospekti, 3, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025)255-10-71, (050) 235-01-07, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və “Facebook” səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.


media-728x90banner

Bənzər xəbərlər