Şahin Seyidzadə seçiciləlrə görüşdü
Milli Məclisin deputatı Şahin Seyidzadə vətəndaşlarla görüşdü.
Millət vəkili Şamaxı rayonu Dəmirçi kəndində Avaxıl, Səfalı və Zarat Xeybəri kəndlərindən olan sakinlərlə fərdi qəbul həyata keçirilmişdir.
XALQ.AZ məlumat verir ki, qəbulda vətəndaşlar tərəfindən məşğulluq, əmlak, nəqliyyat, enerji daşıyıcıları, iqtisadiyyat və infrastruktur mövzuları ətrafında müraciətlər səsləndirilmişdir.
Görüşdə seçiciləri narahat edən məsələlər müzakirə olunub. Müraciətlərin bir qismi yerindəcə həll olunub, digər məsələlər barədə aidiyyatı qurumlara müraciət olunacağı bildirilib.














