Milli Məclisin deputatı Şahin Seyidzadə İsmayıllı rayonunda vətəndaş qəbulu keçirib.
XALQ.AZ məlumat verir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində Basqal qəsəbəsi, Bizlan, TircanTağlabiyan kəndlərindən olan sakinlərlə fərdi qəbul həyata keçirilmişdir.  Həmçinin, fərdi qəbul zamanı şəhid Həsrətov Xəyal Əzim oğlunun atası ilə görüş keçirildi.
 Millət vəkilinin qəbulu zamanı  vətəndaşlar tərəfindən təhsil, səhiyyə, hüquq, əmlak, məşğulluq, sosial müdafiə, kənd təsərrüfatı və infrastruktur mövzuları ətrafında müraciətlər səsləndirildi.  Bəzi məsələr yerində həll olunub. Digər müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.

media-728x90banner

Bənzər xəbərlər