Şahin Seyidzadə seçicisinin evinə getdi
Milli Məclisin deputatı Şahin Seyidzadə seçicisini evində ziyarət etdi.
Bu barədə millət vəkili şəxsi hesabında paylaşım edib. Şahin Seyidzadə bildirib ki, 26 noyabr tarixində seçicimiz Xəlil Eldarovun dəvəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşa yeni təqdim olunmuş mənizlində qonaq olduq. Söhbət əsnasında seçicimizə bir daha təbriklərimizi çatdırdıq, onu narahat edən məsələlər barədə söhbət etdik. Qeyd etmək istərdim ki, internat məzun olan vətəndaş Xəlil Eldarov 2020-ci ilin aprel ayında mənzillə təmin olunmasında köməklik göstərilməsi üçün müraciət etmiş, aidiyyatı qurumlara tərəfimizdən müvafiq deputat sorğusu göndərilmişdir. Cari ilin oktyabr ayında vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyindəSosial Xidmətlər Agentliyi tərəfindən Abşeron rayonu ərazisində inşa edilən şəhərcikdə mənzillə təmin olunmuşdur.Bir daha seçicimizi təbrik edir, ailəsi ilə birlikdə yeni mənzilində xoş günlər arzulayırıq deyə qeyd edib.












