media-81
8 Noyabr – Zəfər Günündə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, ruhuna ehtiram nümayiş etdiriblər.
Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələrini Zəfər bayramı münasibətilə təbrik edib, onların qayğıları ilə maraqlanıb. Bildirib ki, qısa müddətdə əldə olunan tarixi Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əzmi, Azərbaycan Ordusunun rəşadəti və xalqın birliyi nəticəsində qazanılıb.
Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Xaçmaz rayonunda növbəti ekoloji aksiya təşkil olunub. Rayon rəhbərliyi, şəhid ailələri, qazilər və müharibə iştirakçıları Xaçmaz–Quba yolunun kənarında yerli iqlim şəraitinə uyğun gələn yeni ağaclar əkiblər. Ərazidə əvvəllər basdırılan ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Xaçmaz rayonunda yeni ağac və kolların əkilməsi, həmçinin ekoloji tarazlığın bərpası istiqamətində işlərin mövsüm ərzində davam etdirilməsi nəzərdə tutulur.
media-88 media-89 media-87 media-86 media-85 media-84 media-83 media-82 media-81 media-79 media-800 media-801
****
Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyəti və ARB Media Qrupun birgə təşkilatçılığı ilə “Zəfərin Mübarək, Suveren Azərbaycan” adlı bayram konserti keçirilib.
Zəfər parkında təşkil olunan konsert proqramını Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Mahir Süleymanlı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və minlərlə rayon sakini izləyib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söhbət açılıb.
Konsertdə respublikamızın tanınmış incəsənət ustaları tamaşaçılara biri-birindən maraqlı ifalar təqdim ediblər. Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.
Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
media-66 media-67 media-68 media-69 media-70 media-71 media-72 media-73

media-728x90banner

Bənzər xəbərlər