Seçkilər günü junalistlər üçün “qaynar xətt” fəaliyyət göstərəcək
Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək.
Bu barədə XALQ.AZ-a Şuradan məlumat verilib.
“Jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edəcəklər. Bundan başqa Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər”.
Qeyd edilib ki, Mətbuat Şurası jurnalistlərin Milli Məclisə növbədənkənar seçkilərin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə sentyabrın 1-də müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.










