media-6d341c3d-2643-426f-8510-858a9ffa651e

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə ali təhsil müəssisələrinin rəhbərləri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru və nümayəndələri, eləcə də 700-ə yaxın tələbə iştirak edib. İştirakçılar arasında 90 peşə tələbəsi də olub.

Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı tələbələr üçün yaradılan şəraitə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürünü bildirib. O, peşə təhsilinə marağın son illərdə əhəmiyyətli dərəcədə artdığını qeyd edərək, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində həyata keçirilən işlərdən bəhs edib.

Tədbir çərçivəsində, həmçinin şəhərsalma və memarlıq sahəsinin gələcək inkişaf istiqamətləri, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar, bu sahələr üzrə peşəkar və ixtisaslı kadrların hazırlanmasında peşə təhsilinin rolu və gənc mütəxəssislərin bu prosesdə iştirakı barədə fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvləri üçün yaradılmış şəraitlə tanış olub, daha sonra tələbələrlə xatirə fotosu çəkdirilib.

media-6bc1e758-c6a9-4c9c-a911-f55c6d7e1b3cmedia-a3b6aa8a-ff55-4ac9-9cd0-b1d9010651cdmedia-2aab5627-b097-4d31-83d0-c2afaae79b51

media-6d341c3d-2643-426f-8510-858a9ffa651emedia-1b31a1ed-4720-4811-bf10-2d40858863f1media-65098116-5fd6-454c-b9f7-295adddc79e9media-2ba7221d-c30b-4d68-950e-1bdacea3aab1media-31ca1282-1432-4d36-b6f7-3e7bb4f1af91


media-728x90banner

Bənzər xəbərlər