media-35

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və İcra Hakimiyyətinin məsul şəxsləri şəhidimiz Əli Qasımovun ailəsini ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Qəlbi daima Vətən eşqi ilə döyünən qəhrəman şəhidimiz Qasımov Əli İbrahim oğlu Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşmuş və Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Nərimanov RİH başçısı Elgin Həbibullayev şəhidin ailə üzvlərinə başsağlığı verərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda əzizlərini itirən şəhid ailələrinə öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu diqqətə çatdırıb.

Şəhid Əli Qasımovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

media-34 media-35


media-728x90banner

Bənzər xəbərlər