Dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olmuş qəhrəmanımız Siyəzən rayon Zarat kənd sakini Əliyev Asif Adil oğlunu son vida mərasimi ilə torpağa tapşırıldı.

Vida mərasimində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyəti iştirak edirdilər.

Qeyd edək ki, şəhid Əliyev Asif 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Şücaətli döyüşünə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.Nur içində yatsınlar, qəhrəman şəhid qardaşlarımız!


media-728x90banner

Bənzər xəbərlər