Sənəddə bir mərtəbə olsada artıq ikinci mərtəbə tikilir-Video
Bir mərtəbə deyib, iki-üç mərtəbəli tikintiyə start veriblər. Səs-küy, tör-töküntü və sakinlərin narahatlığıına səbəb olan naməlum obyektin fəaliyyət istiqaməti də məlum deyil. Kimisi iki-üç mərtəbəli mağaza, kimisi isi ofis olacağını düşünür.
Xezerxeber.az xəbər verir ki, görüntülər Xətai rayonu Xudu Məmmədov 29/41 ünvanındandır.Kadrlarda bir neçə nəfərin ikinci mərtəbədə armaturların üzərinə çıxaraq heç bir təhlükəsizlik qaydasına əməl etmədən çalışdığı açıq aydın görünür. Nə fəhlələrin üzərində təhlükəsizlik kəməri, nə kaska nə digər digər qoruyucu vasitələr var.Sakinlər iddia edirlər ki, bir neçə çoxmərtəbəli yaşayış binasının girinşində olan qeyri-yaşayış obyektinin sahibinə dəfələrlə müraciət edilib. Hətta səs-küylə bağlı narahatlıqlarını da dilə gətiriblər.Sakinlərə bildirilib ki, bir mərtəbəli tikili tezliklə başa çatdırılacaq. Amma, bir neçə gün ərzində mərtəbələrin sayı artıb.











