media-isfend

Tikinti sektorunda “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundovun oğlu Şahin Axundov həbs edilib.

media-71

XALQ.AZ xəbər verir ki, məlumatı “Unikal” yayıb.

Həbsin səbəbləri və təfərrüatı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

media-serr

İctimaiyyətə Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov “Şərur” MTK,”Jasmin Park” və bir çox tikinti şirkətlərinin rəhbəridir 

****

 

İsfəndiyar Axundov isə  açıqlama verərək “Oğlum türmədə deyil, xəstəxanadadır”, – deyib.
“Oğlunuz hansı xəstəxanadadır?” sualımıza isə iş adamı “Onun sizə aidiyyatı yoxdur”, deyə cavab verib.

Xatırladaq ki, Musavat.com-un məlumatına görə, bu yaxınlarda Şahin Axundovun Bakıya gəlməsi, psixoloji durumunda gərginlik yaranması, onun xəstəxanalardan birinə yerləşdirilməsi xəbəri yayılmışdı.  Bildirilirdi ki, Şahin Axundov ciddi nəzarət altında müalicə olunur. Təbii ki, belə olan təqdirdə onun həbsi məsələsi gündəmdə olsa da, müalicə müəssəsinə yerləşdirilməsi mümkündür.


media-728x90banner

Bənzər xəbərlər