Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA yaz sessiyasında iştirak edir.

Millət vəkili XALQ.AZ-a bildirib ki, AŞPA-nın 2021 ilin yaz sessiyası başladı. Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli azlıqlar, Avropa Şurasının strateji prioritetləri, xroniki və uzunmüddətli xəstəliyi olan şəxslərə qarşı ayrı-seçkilik, Avropanın diasporlar üzrə siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. Eyni zamanda Moldova Prezidenti Maia Sandu və AŞPAnın iclasına videokonfrans formatında qoşulan Almaniyanın Baş naziri Angela Merkel iştirak edəcəklər.

İclasda həmçinin Avropa Parlamentinin Prezidenti David Sassoli çıxış edəcək və Avropa Şurasının İnsan Hüquqları Komissarı Dunja Miyatoviç, 2020 İllik Hesabatını təqdim edəcək.


media-728x90banner

Bənzər xəbərlər