media-222

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Birinci Qarabağ müharibəsində şəhid olmuş Vahid Mətləb oğlu Ələsgərovun anası Şəriqə Ələsgərovanın dəfn mərasimində iştirak ediblər.

Xalq.online xəbər verir ki, dəfn mərasimində mərhumənin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, Şəriqə Ələsgərovanın əziz xatirəsi ehtiramla yad edilib. Qeyd edək ki, Şəriqə Ələsgərovanın nəvəsi Mətləb Ələsgərov da 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Şəhid ailəsinə göstərilən diqqət və qayğı çərçivəsində mərhumənin ailəsinə başsağlığı verilib, onların kədərinə şərik olunub.

media-1790858167_f9 media-1790858167_f8 media-1790858167_f7 media-1790858167_f5 media-1790858167_f2 media-1790858167_f1


media-728x90banner

Bənzər xəbərlər