Tanınmış amerikalı reper Snop Doq İnstaqram hesabında Azərbaycana qarşı təxribata yol verib.
O, öz paylaşımında Azərbaycanın Qarabağ bölgəsini “Artsax” adlandırıb.
“Əziz erməni xalqı, mən sizi düşünürəm və Ermənistanda, “Artsax”da və bütün dünyada yaşayan ermənilərə öz sevgimi göndərirəm. Hər kəsə sevgi, sülh və möhkəm olmağı arzulayıram. Sentyabrın 23-də gələcəyəm”, – onun paylaşdığı postda bildirilir.
Qeyd edək ki, sosial şəbəkədəki azərbaycanlı istifadəçilər Snop Doqa yol verdiyi təxribatla bağlı xəbərdarlıq ediblər.

media-728x90banner

Bənzər xəbərlər