Tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı SOCAR-ın maliyyə pozuntularından yazdı. XALQ.AZ həmin araşdırmanı olduğu kimi təqdim edir.
M.Qəhramanlı bildirib ki,  SOCAR İllik Hesabatında yazılıb ki,peşəkarlığı ilə seçilən işçilərə ( peşəkarların siyahisi əlavədə) təyin edilən əlavə ödənişlərin məbləği 2023-cü il ərzində 37584,14 min manat təşkil etmişdir ki, bu da 2022-ci il ilə müqayisədə (36226,14 min manat) 1358,00 min manat çox olmuşdur.
2023-cü ildə Şirkət üzrə işçilərin ortaaylıq əmək haqqı 1706,76 manat təşkil etmişdir ki, bu da 2022-ci il ilə (1646,62 manat) müqayisədə 60,14 manat və ya 3,65 % çoxdur. SOCAR üzrə orta aylıq əmək haqqının artırılmasının əsas səbəbi 19 avqust 2022-ci il tarixli SOCAR 221000030300040020A00125 nömrəli Əmri ilə təsdiq edilmiş “SOCAR-ın işçilərinə bəzi əlavə ödənişlərin təyin edilməsinin tənzimlənməsi Qaydaları”nın tələblərinə uyğun olaraq peşəkarlığı ilə seçilən işçilərə əlavə ödənişlərin təyin edilməsi, şirkətdaxili sənədlərə əsasən işçilərə xüsusi istehsalat tapşırıqlarının yerinə yetirilməsinə görə mükafatların və müraciətlər əsasında əlavə ödənişin verilməsidir. Qaydaların tələblərinə əsasən peşəkarlığı ilə seçilən işçilərə təyin edilən əlavə ödənişlərin məbləği 2023-cü il ərzində 37584,14 min manat təşkil etmişdir ki, bu da 2022-ci il ilə müqayisədə (36226,14 min manat) 1358,00 min manat çox olmuşdur.
Yadınızdadır bu əmr? Bu əmrdə hansı peşəkarlar ( siyahi əlavə olunur)nəzərdə tutulmuşdu? Əmrə əlavə olunmuş siyahidəki vəzifə sahibləri? Niyə??
Hörmətli neftçilər.Xahiş edirəm, vaxtınız olanda SOCAR hesabatlarını (https://socar.az/az/page/illik-hesabatlar ,səh. 81.) oxuyun, sizin üçün qaranlıq qalan , düşündürən bir çox suallarınıza cavab ala biləcəksiniz deyə Mirvari Qəhramanlı qeyd edib.
Qeyd edək ki,  Mirvari Qəhramanlı əlavə olaraq bildirib ki, SOCAR-da ancaq rəhbər şəxslərə, vitse-prezidentlərə, idarə rəsilərinə, departament müdirləri bir sözlə ancaq vəzifə sahiblərinə əlavə ödəniş verilib. Əgər peşakarlıq əsasında bu əlavə ödənişlər verilirsə niyə uzun müddət neftçi kimi işləmiş sıravi işçilərə verilmir bu əlavə ödəniş deyə qeyd edib.

media-728x90banner

Bənzər xəbərlər