Sumqayıt 17 saylı bağça müdiri Yeganə Məmişova obyektləri necə tikdirib?
Yeganə Məmişovanın maaşı ilə uzlaşmayan mülkləri…
Azərbaycanda fəaliyyət göstərən əksər məmurların bizneslə məşğul olması heç kimə sirr deyil. Aylıq vəzifə maaşları 1000-1500 manat civarında olan məmurların sahib olduqları yüz min, bəzən isə milyonlarla ölçülən obyektlərin hansı vəsaitlə əldə etməkləri ölkə ictimaiyyətini həmişə düşündürüb.
Vəzifə borcları dövlətə, xalqa xidmət olan bu məmurlar daha çox özlərini, şəxsi mənfəətlərini düşünürlər.
XALQ AzFakt.com-a istinadən xəbər verir ki, dövlətdən, xalqdan daha çox şəxsi mənafeyini düşünən, özünə mal-mülk əldə edən məmurlardan biri də Sumqayıt şəhərində fəaliyyət göstərən 17 saylı bağçanın müdiri Məmişova Yeganə İldırım qızıdır.
Yeganə Məmişovanın Sumqayıt şəhəri 8 mikrorayon, Bakı küçəsində ticarət mərkəzi var.
Sərmi sənədlərdə ümumi sahəsi 56 kvm göstərilən obyektin real bazarı qiyməti 200 min manatdan artıqdır.