media-866

 

 

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 14-cü məhəllə, 1A/3B ünvanında “Sumqayıt” MTK-nın rəhbəri Aslan Manafov tərəfindən ərazi hasarlanaraq qanunsuz tikinti işləri aparılması planlaşdırılır. 

XALQ.AZ xəbər verir ki, sakinlərin sözlərinə görə, yaşadıqları binanın iki metrliyində qanunsuz tikinti həyata keçirilir. Həmçinin tikinti normalarına əməl edilmir. Şikayətçilər bildirib ki, tikinti yaşayış binasına bu qədər yaxın tikilməməlidir. Üstəlik, ərazidə yaşıllıq olub. Yaşıllıq “Sumqayıt” MTK tərəfindən məhv edilib. Hansı ki, o yaşıllıq ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə əkilmiş ağaclar idi.

Qeyd edək ki, sakinlər dəfələrlə Sumqayıt şəhər rəhbərliyinə müraciət ediblər, ancaq nəticəsi olmayıb. Onlar bu tikintinin qarşısının alınmasını xahiş edirlər.

Sumqayıt şəhər icra hakimiiyyəti məsələ ilə bağlı  məlumatında qeyd etmişdir ki, ərazi nəzarətə götürülüb.

media-833

Həmçinin  faktla bağlı akt tərtib olunub. Çıxarılan ağacların yerində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı və dəstəyi ilə yenidən ağaclar əkilib. Eyni zamanda, yaşıllıqların mühafizəsi və onlara aqrotexniki xidmət göstərilməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinə məktub ünvanlanıb” deyə məlumatda qeyd olunmuşdur.

media-83

Lakin görüntülərdən aydın olur ki, əraziyə yenidən ağaclarda çıxıarılıb.

 

media-73

media-83

 

Aztimes.az yaydığı videoda göründüyü kimi yeni əkilən ağaclarda çıxarılır.

Qurumların mövqeyini dərc etməyə hazırıq.


media-728x90banner

Bənzər xəbərlər