Turan” futbol klubunun keçmiş prezidenti, tanınmış iş adamı, “Taimex” şirkətinin və “Ağsu” araq zavodunun sahibi Tahir Yusifov vəfat edib.

XALQ.AZ  xəbər verir ki, bu barədə “Turan Tovuz” klubunun rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

Tanınmış iş adamı, "Tatan" ləqəbli Tahir Yusifov koronavirusdan ölüb

İş adamı bir neçə gündür Mərkəzi Gömrük Hospitalında müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun ölüm səbəbi açıqlanmayıb. Lakin qeyd edilir ki, iş adamı bir müddət öncə koronavirusa yoluxubmuş.

Bu isə onun səhhətinin pisləşməsinə gətirib çıxarıb.

Xatırladaq ki, T. Yusifov əslən Tovuz rayonundandır.


media-728x90banner

Bənzər xəbərlər