Bakının Səbail rayonu Səməd Vurğun və Nizami küçələrinin kəsişməsində piyadalar üçün təhlükəli vəziyyət yaranıb. Binalarda aparılan restovrasiya işləri ilə əlaqədar sözügedən küçələrdə piyada səkiləri zəbt edilib, üstəlik piyadaların təhlükəsizliyi üçün heç bir tədbir görülməyib.

XALQ.AZ xəbər verir ki, bu barədə sakinlər sosial şəbəkələrdə məlumat paylaşıblar. Sakinlər bildirib ki, bina fasadlarının təmiri zamanı piyadalar təhlükə altında hərəkət edir.
Təmir üçün lazım olan bütün qurğu və materiallar piyada səkilərinə yığılıb. Üstəlik təmir zamanı binanın yuxarı hissəsindən yerə düşə biləcək daşların piyadaları əzmə ehtimalı da yüksəkdir. Ancaq bu təhlükəli halın qarşısı heç bir maneə ilə alınmayıb. Səki ilə hərəkət etməli olan piyadalar təmir aparılan yerin altından keçməli olurlar. Bu da riskdir, olduqca təhlükəlidir.
Sakinlər bildirir ki, aidiyyəti qurumlar piyadaların təhlüksizliyini heç bir halda nəzərə almır. Əslində, piyadalar üçün səkidə müvəqqəti keçid yaradılmalıdır, amma səkilər zəbt edilir. Görünür, iş icraçıları “artıq” xərc çəkmək istəmirlər.
Fotolar isə Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində çəkilib.


media-728x90banner

Bənzər xəbərlər