Sosial platformalarda 10 manata “EVLƏNMƏK” təklifi-Fotolar
Sosial şəbəkələrdə əxlaqsızlığa çağırış edən profillər,səhifələr,qruplar çoxalmaqdadır.
Kimisi masaj xidməti təklif edir, kimisi görüş, kimisi “+18” məsləhətlər,həmçinin ödəniş qarşılığında tanışlıq “evlənmək” məsləhətləri. Hamısını da birləşdirən ümumi cəhət anonimliyə zəmanət vermələridir. Sosial hesablarda ” ciddi tanışlıq” “evlənək” və sairə adlarla fəaliyyət göstərən səhifələr insanlara ödənişli yəni 10,15, 20 manat qarşılığında xanımla, bəylə tanışılıq yaradıb “aradüzəldənlik” edirlər.
“Tik tok”, “İnstagram” sosial platformalarda yüzlərlə bəlkəm minlərlə elan və səhifələr var ki, bu adla inslanları aldadırlar.
XALQ.AZ xəbər verir ki, qeyd etdiyimiz səhifələr ödəniş qarşılığında “aradüzəltmə” funksiyası ilə insanların etibarın qazanıb qeyri qanuni ödəniş alıb sonra onları bloka atırlar.
Belə ki,”Tik tok”da, “İnstagram” da ” Evlilik” “Tanışlıq” səhifələrində boşanmış xanımların və bəylərin fotolarını, təvəllüdlərini,yaşadıqları şəhəri və yaxud rayonu qeyd edərək müştəri cəlb edib 10, 15, 20 manat müqabilində həmin namizədləri tanış edəcəklərini vəd edib telefonla əlaqəsi yaradıb tanış olmaqlarını bildirərək insanlardan kart hesablarına pul atılmasını “xidmət haqqı” kimi göstərərək onları aldadırlar.
Digər səhəfələrdə isə yarıçılpaq qızlar isə kontur şifrəsi müqabilində tanışlıq və danışıq təklif edirlər. Bu məsələdə yaşı 18-i keçən hər kəsin necə davranacağı onun özündən asılıdır. Amma nəzərə alsaq ki, sosial şəbəkələrdə 12-17 yaş arası bir xeyli istifadəçi var, deməli təhlükənin ciddiliyi artır. Bəli, sosial şəbəkələr bir qisim adama azyaşlı qızların aldadılması və yoldan çıxarılması üçün əla “fürsət” yaradır.
Problem kiçik görünə bilər, amma çox ciddi təhlükə siqnalı var. Çünki gözünü açıb facebook, instagram, tik tok kimi yenilikləri görən və onlarla böyüyən bir nəsil yetişir. Bu barədə araşdırma materialımız olacaq.
Lakin bu araşdırmamız Bakıda yeni dələduzluq növü ilə insanları belə aldadılması ilə bağlıdır. Qeyd etdiyimiz kimi tanışlıq və evlilik səhifələri göstərilən xidmət hansı xidmət növünə aiddir? Bu bir başa insan alveri kimi bildirilir. Sosial şəbəkələrdə çox geniş yayılan “EVLİLİK” elanları insanlarda pul qoparmaq onları aldatmaqdan basqa bir heç bir göslənti olmur.
XALQ.AZ -ın araşdırmasına görə bu cür elanlara müxtəlif saytlarda və səhifələrdə rast gəlmək olur. İnsanlar özləri haqda məlumatlar yazır, əlaqə nömrələri qoyur və evlilik üçün özlərinə həyat yoldaşı axtarırlar. Maraqlıdır ki, belə elan yazanların sayı çoxdu. Müşahidələr göstərir ki, internetdə tanış olub münasibətlərini real həyata keçirən və ailə quranlar heç də az deyil.
Amma sosail plotformalarda insanları aldadan bir çox səhifələr var ki 10,15, 20, manat muqabilində “aradüzəltmə” üçün “xidmət haqqı” kartlarına pul atdırırlar sonra həmin adama sosial hesabda blok edərək pulunu mənimsəyirlər.
Amma bu cür elan yazanların ciddiyyətinə nə qədər inanmaq olar? Təcrübələr həm də onu göstərir ki, ciddi münasibətə inanıb tanış olanlar arasında aldadılanlar da var.
Bu mövzu ilə bağlı Tik tok platformasında bir neçə səhifə barədə redaksiyamıza daxil olan məlumatda bildirilir . Bir neçə şəxsə yalan vəd verərək bəy və xanımla “tanışılıq” “aradüzəltmək” adı ilə pul atılmasını tələb edərək 41…….17 nömrəli “Kapital bank” kartına pul atılmasını razılaşdırılır, sonra isə pul atıqldıqdan sonra onları blok edərək pullarını mənimsəyirlər.
Bu barədə Daxili İşlər orqanlarına müraciət olunub və lazımi ölçü götürülməsi gözlənilir.
Həmin səhifələri oxuculara təqdim edirik: