Tovuzda yeni məktəb istifadəyə verilib
Məktəbin direktoru Səbuhi Zeynalov, ədəbiyyat müəllimi Rəvanə Verdiyeva, X sinif şagirdi Rəfiqə İsmayılova çıxış edərək Ağbulaq kəndində müasir tipli, gözəl məktəb binası inşa olunduğuna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə etmiş, bu gün onlar üçün iki qat bayram olduğunu dilə gətirmişlər. Dövlətin bu qayğısına əməli işləri ilə cavab verəcəklərini, təhsildə yeni uğurlara nail olacaqlarını, müstəqil azərbaycanımız üçün layiqli vətəndaşlar yetirəcəklərini qeyd etmişlər.
Sonra rayon icra hakimiyyətinin başçısı cənab M. Məmmədov Ağbulaq kənd tam orta məktəbinin yeni binasının rəsmi açılışını göstərən lenti kəsmişdir.
Cənab M. Məmmədov məktəbdə yaradılmış şəraitlə tanış olmuş, bu mövsümdə birinci sinifə qəbul olunan şagirdlərə hədiyyələr vermişdir.
Orxan










