Toy axşamı intihar etdi
Qazaxda dəhşətli intihar hadisəsi baş verib.
XALQ.AZ-ın məlumatına görə, Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov hələ ki bilinməyən səbəbdən özünü həyətlərindəki çardaqdan asıb.
Dünən canına qıyan Əhlimanın bu gün toyu olacaqmış.
Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.










