Türkiyənin Düzce Universitetində “Türk Dünyasında Qadın: Uğur Hekayələri” Beynəlxalq Simpoziumu keçirilib
21-22 aprel 2025-ci il tarixlərində Türkiyənin Düzce Universitetində “Türk Dünyasında Qadın: Uğur Hekayələri” Beynəlxalq Simpoziumu keçirilib.
XALQ.AZ xəbər verir ki,simpoziumun əsas məqsədi Türk dünyasında qadınların tarixi və müasir rolunu dəyərləndirmək, ortaq mədəni-mənəvi irsə əsaslanaraq gələcəyə birgə baxışın formalaşdırılmasına töhfə verməkdir.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Moldovadan qadın millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak ediblər.
Azərbaycanı simpoziumda Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva və millət vəkili, Azərbaycan Dillər Universitetinin prorektoru Tamam Cəfərova təmsil ediblər.
Simpoziumun açılış mərasimində Düzce Universitetinin rektoru professor Nedim Sözbir, Düzce Bələdiyyəsinin sədri və Türkiyənin sabiq elm, sənaye və texnologiya naziri Faruk Özlü, Türkiyə Prezidentinin baş müşaviri Saadet Oruç, Düzce millət vəkili Ayşe Keşir və Düzce valisi Selçuk Aslan çıxış ediblər.
“Azərbaycan və Türk Dünyasının Tarixi-Mədəni İrsində Qadının Rolu” mövzusunda məruzə ilə çıxış edən deputat Günay Əfəndiyeva milli kimlik, çoxəsrlik ənənələrin qorunması və nəsillərə ötürülməsində qadınların önəmli rolundan bəhs edib. Millət vəkili, bildirib ki, Azərbaycanda qadınlar bu gün dövlət idarəçiliyi, siyasət, diplomatiya, elmi-tədqiqat, təhsil, mədəniyyət, sahibkarlıq və digər mühüm sahələrdə geniş spektrdə aktiv yer alırlar. Günay Əfəndiyeva, Qarabağda Ermənistanın illərlə davam edən təcavüzü dövründə Azərbaycanın mədəni irsinə, xüsusən qadınların fəal iştirak etdiyi el sənətlərinə, xalçaçılıq məktəbinə ciddi ziyan dəydiyini qeyd edib. Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi və Azərbaycanın igid oğullarının şücaəti sayəsində azad edilən Qarabağ torpaqlarında bu gün həyat yenidən canlanır. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən yerli və beynəlxalq əhəmiyyətli layihələrin, xüsusilə işğaldan azad edilən Qarabağda irimiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb.
Milli Məclisin deputatı Tamam Cəfərova “Azərbaycan qadınlarının ictimai-siyasi fəaliyyəti: reallıq və perspektivlər” mövzusunda çıxış edərək, müstəqilliik illərində Azərbaycan qadınların ictimai-siyasi fəaliyyətindən söz açıb. Azərbaycanda dövlət qadın siyasətinin formalaşmaslnın ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Tamam Cəfərova qadın hüquqları sahəsində mövcud qanunvericilikdən, milli mexanizmdən və dövlət idarəçiliyində qadınların kişilərlə bərabər iştirakından, gender bırabərliyinin təmin edilməsi sahəsində əldə olunan uğurlardan danışmışdır. Çıxışda həmçinin dövlət qadın siyasətinin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və Birinci vitse-prezident, H. Əliyev Fondunun sədri Mehriban Əliyevanın fəaliyyəti ilə Azərbaycan qadın hərakatında, ictimai-siyasəti fəaliyyətlərinda yeni dövrün başlandığı qeyd olundu.
Simpozium Türk Dünyasında qadınların keçmişdən bugünədək rolu, ictimai həyata inteqrasiyasının daha da artırılması, eləcə də ailə dəyərlərinin yaşadılmasına həsr olunmuş müxtəlif panellərlə davam edib.