2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 94 saylı Ucar seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsən 09 avqust 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərargah üzvləri və təbliğat-təşviqat qrupunun üzvləri ilə görüşdü.
Namizəd Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri ilə birlikdə rayon mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhid oğulların uyuduğu Ucar Şəhidlər Xiyabanını ziyarət etdilər.
Ucar rayon Ramal kənd Folklor evində Şahlıq, Əlikənd, Ramal kəndlərinin seçiciləri ilə görüş keçirilib. Seçicilərlə görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Ramil Həsən çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ilk dəfə düşmən tapdağından azad edilmiş suveren Azərbaycanda keçirilən parlament seçkilərində namizədliyinin irəli sürülməsindən qürur duyduğunu ifadə edib. Yeddinci çağırış növbədənkənar Milli Məclisə seçkilərində İkinci dəfə Yeni Azərbaycan Partiyası tərəfindən etimad göstərilərək namizədliyini irəli sürdüyü üçün partiyanın Sədri cənab Prezidentə təşəkkürünü ifadə edib. Dəyərli Ucar sakinləri ilə fikirlərini bölüşüb və bundan sonrada etimad və etibar göstərəcəkləri təqdirdə ləyaqətlə və böyük fəxarət hissi ilə Ucarı Azərbaycan parlamentində təmsil etməkdən qürur duyacağını vurğulayaraq qaldırılan məsələlər və ifadə olunan fikirlərlə bağlı bundan sonra da narahatlıqların aradan qaldırılması üçün üzərinə düşən bütün addımları qanun çərçivəsində atacağına söz verib.
Tədbirdə rayon təbliğat-təşviqat qrupunun üzvləri – rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, “Əməkdar müəllim” Afayət Yusubova və təqaüdçü Arif Əhmədov çıxış ediblər.
Eyni zamanda deputatlığa namizəd rayonun Əlikənd və Ramal kəndlərində Birinci Qarabağ müharibəsi şəhidləri Nuriyev Şöhrət Telman oğlu və Məmmədov Etimad Fikrət oğlunun ailələrini ziyarət edib, xatirələrinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, ruhları qarşısında baş əyib.
*****
YAP növbəti dəfə möhtəşəm qələbə qazanmaq əzmindədir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 94 saylı Ucar seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin Ucar rayon Qaradağlı kənd Folklor evinin qarşısındakı meydanda Qaradağlı və Çiyni kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. YAP, sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın ən güclü və nüfuzlu partiyasıdır. O, seçicilərə deputatlığa namizəd Ramil Həsən haqqında məlumat verib.
Çıxış edən YAP-ın 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Ramil Həsən, əvvəlcə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı altında uğurla davam edən YAP-ın təbliğat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. Yeni Azərbaycan Partiyası, ötən 32 il ərzində böyük inkişaf yolu keçib. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. Eyni zamanda, Ramil Həsən bildirib ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir. Bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur. Xalqımızın qarşıdan gələn seçkilərdə də cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə etimad göstərəcəyi şübhəsizdir.
Tədbirdə təbliğat-təşviqat qrupunun üzvləri Nurməmməd Tağıyev və Mirzalı Ağamalıyev çıxış ediblər. Qeyd olunub ki, 1 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilər, Yeni Azərbaycan Partiyasının öz mövcud qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir.
Çıxış edən Qaradağlı kənd seçiciləri Akif Səmədov, Səhrab Quliyev, şəhid atası Şəmil Əliyev və Çiyni kənd sakini Əli Qasımov, kəndin problemlərini bildirməklə parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Daha sonra Ramil Həsən, Çiyni kəndində şəhid ailələrini ziyarət edərkən kəndin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd, rayonun Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi şəhidləri leytenant Məmmədov Qadir Aslan oğlunun, Talıbov Maxmud Rubil oğlunun, Əhmədov Qurban Həmdiyyə oğlunun, Çiyni kəndində Vətən müharibəsi şəhidləri Həsənov Hüseyn Vahib oğlunun, Məmmədov Coşqun Elnur oğlunun, gizir Vəlizadə Faiq Bayraməli oğlunun (Zərdab rayonunun Alıcanlı kəndindəndir, həyat yoldaşı Ucar rayonunun Çiyni kəndindəndir və şəhidin ailəsi iki övladı ilə birlikdə atası evində yaşayır) ailələrini ziyarət edib. Həmçinin, Birinci Qarabağ müharibəsi şəhidi Kərimov Səhman Şahbaz oğlunun anası Kərimova Şüşəbəyim Əlabbas qızının yas mərasimində iştirak edib.

media-728x90banner

Bənzər xəbərlər