Ülvi Quliyev bu dairədən namizəd oldu
Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Artıq seçkidə iştirak edənlərin namizədliyi qeydə alınır.
XALQ.AZ xəbər verir ki, Ülvi Quliyev 15 saylı Yasamal birinci seçki Dairəsindən namizədliyi qeydə alınıb.
Qeyd edək ki, Ülvi Quliyev Gənclər və idman, Səhiyyə komitəsinin üzvü, Azərbaycan Karate Federasiyasının prezidentidir.










