Ülvi Quliyev şəhidimizin anım tədbirində
Vətən müharibəsinin şəhidi yad edilib
Milli Məclisin deputatı Ülvi Quliyev və Yasamal rayon ictimaiyyəti 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhidi əsgər Rzayev Mirsafa Mircəlal oğlu şəhadətinin ildönümündə yad edib. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.















