Əziz seçicilər!
Bu gün seçkilər dövrü üçün qanunvericilikdə nəzərdə tutulan təbliğat-təşviqat kampaniyasının son günüdür. Qeyd etmək istəyirəm ki, açıq və qapalı məkanlarda bütün kütləvi görüşlərimizi artıq tamamladıq. Görüşlərimizdə iştirak edən və müəyyən səbəblərdən iştirak edə bilməyən vətəndaşlarımıza öz minnətdarlığımızı bildiririk. Digər namizədlərə də uğurlar diləyirik!
Hər kəs “seçmək” hüququna malikdir. Əgər yenidən bizə etimad göstərib səs versəniz, fərq qoymadan hər kəsin hüquqlarının qorunması üçün, həmişəki kimi vəzifə borcumuzu yerinə yetirəcəyik.
Millət vəkili bir dairədən seçilsə də bütün Azərbaycan vətəndaşlarının mənafeyini parlamentdə təmsil edir. Ümid edirəm ki, seçiminizi doğru edəcək, layiqli namizədə səs verəcəksiniz!
Ən əsası isə, bu seçkilərin, millətimizə, dövlətimizə xeyirli olmasını diləyirəm.
2024-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək
növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində bizimlə birgə hər tədbirdə iştirak edən dəyərli insanlara öz dərin minnətdarlığımızı bildiririk!
Hörmətlə, Ülviyyə Həmzəyeva

media-728x90banner

Bənzər xəbərlər