Ülviyyə Həmzəyeva hər bir seçicinin qayğısı ilə maraqlanır
2024-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək
növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 28 avqust tarixində Naxçıvan şəhəri Qaraxanbəy kəndində sakinlər ilə səyyar görüş keçirdik.
Görüşdə dəstəyini bildirərək, Naxçıvan MR Rəssamlar Birliyinin üzvü, ağsaqqalımız Qəhrəman Tağıyev çıxış etmişdir.
Sakinlərlə sadə və səmimi şəkildə görüşüm keçdi. Seçicilərin ürək sözlərini, təklif və problemlərini dinlədim. Sakinlərin problemləri əsasən sosial yönümlü idi. Mən də söz verdim ki, problemlərinin həlli yolunda mütləq olaraq araşdırma aparılacaq və lazımi qurumlara bildiriləcəkdir.
Qaraxanbəyli kənd camaatı da öz vətənpərvərliyi və səmimiyyəti ilə qəlbimizdə xoş izlər qoydu. İnanıram ki, bu hissləri qarşılıqlı olaraq yaşadıq!
Tədbirimizdə şəhid Pərviz Məmmədzadənin anası Pərvanə xanım da iştirak etmişdir. Bu gözəl və incə xanıma dəstəyi üçün öz dərin minnətdarlığımı bildirirəm.
****
Sentyabrın birində keçiriləcək növbədənkənar parlament seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün, 27 avqust Tumbul kənd sakinləri ilə görüşdüm. Bu ərazinin insanları da bizdə xoş təəssürat yaratdı.
Insanlarımızın problem və təkliflərini dinlədim, seçiləcəyi təqdirdə hər daim yanlarında olmağa söz verdim.
Görüşə gələn hər bir kəsə minnətdarlığımı bildirir, ümid edirəm ki, səsvermə yüksək seçici fəallığı şəraitində keçəcək.
****
Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verin, səsiniz olsun!
2024-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Ülviyyə Həmzəyeva 27 avqust tarixində Qaraçuq və Tumbul kəndlərində sakinlər ilə səyyar görüş keçirdi.
Görüşdə iştirak edən, əslən bu ərazidən olan Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev həm seçkilərlə bağlı, həmçinin deputatlığa namizəd Ülviyyə Həmzəyeva haqqında məlumat vermişdir. Rövşən müəllim partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə etmişdir.
Sakinlərlə sadə və səmimi şəkildə görüşən deputatlığa namizəd Ülviyyə Həmzəyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən öz prinsiplərini qoruyur. Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyanın gücü onun ideologiyasındadır və ətrafına sadiq, əqidəli insanlar toplamasındadır!
Deputatlığa namizəd Ülviyyə Həmzəyeva söhbət zamanı seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Görüşdə iştirak edən, sənətşünas, dosent Nizami Alıyev deputatlığa namizəd Ülviyyə Həmzəyevanın sənət uğurlarından, sənətə dəstəyindən və seçicilərlə apardığı işlər haqqında məlumat verib. Vurğulanıb ki, namizəd Ülviyyə Həmzəyeva qadın namizəd olaraq, həmçinin qadın seçiciləri də yaxından duyur, ailə və qadın problemlərinə də həssaslıqla yanaşır.
Qaraçuq kənd sakinləri Şahzadə Əliquliyeva, Arifə Əliyeva, Tumbul kənd sakini Məmişova Nümunə və digərləri öz ürək sözlərini bildirmiş və YAP-n namizədinə səs verəcəklərini vurğulamışlar.



















